Azərbaycanda `boz ay`a xas hava şəraiti hökm sürəcək

Bakıda yağıntılı hava şəraiti sabah da davam edəcək, martın 6-dan isə hava əsasən yağmursuz olacaq, temperatur nisbətən yüksələcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, martın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Martın 6-da isə gündüz saatlarında 8-11 dərəcə isti proqnozlaşdırılır.
 
Azərbaycanın rayonlarında martın 5-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru