Azərbaycana daha çox hansı ölkələrdən turist gəlir? 04 Mart 2015 02:00 Xəbərlər Azərbaycana ötən il gələn turistlərin sayı 2013-cü illə müqayisədə 16,82 faiz artıb. Maide.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ötən il Azərbaycana 2 487 804 nəfər turist gəlib. 2013-cü ildə isə ölkəmizə gələn turistlərin sayı 2 129 515 nəfər olub. Azərbaycan turistləri ən çox qonşu ölkələrdən qəbul edib. Rusiya, Gürcüstan, Türkiyə, İran və Ukrayna ötən il Azərbaycana turistlərin gəldiyi ölkələrin siyahısında ilk beşliyi təşkil edib. Azərbaycana gələn turistlərin sayına görə sonrakı yerləri Qərbi Avropa ölkələri və ABŞ tutub. Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev növbəti 5 il ərzində Azərbaycana gələn turistlərin sayının təqribən 3,5-4 milyona çatacağının gözlənildiyini bildirib./ Teqlər : #Azərbaycana daha çox hansı ölkələrdən turist gəlir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda ətimizi yeyən ət satışı - FOTO Moskvada `Fatimə (s.ə) günləri` ilə əlaqədar tədbir keçirilib - FOTO