Azərbaycan və Türkiyə birgə təlimlərində faciə

Maide.az xəbər verir ki, Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin bu gün səhər başlayan "TurAz Şahini 2015" adlı birgə təlimlərində faciə baş verib. 
 
Yerli vaxtla saat 09:50-də F4 təyyarəsinin Konya-Askaray yolunun 22-ci kilometrliyində yerə düşməsi ilə bağlı məlumat daxil olub.
 
Hadisəni şərh edən Konya vilayətinin rəhbəri Muammər Erol deyib ki, qəza zamanı pilotlardan biri katapultla tullanıb, digərindən isə xəbər yoxdur. 
 
Lakin M.Erolun bəyanatından sonra, Türkiyənin Hərbi Qüvvələri (HQ) hər iki pilotun həlak olması ilə bağlı məlumat yayıb. 

Google+ WhatsApp ok.ru