Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri başa çatıb 30 Mart 2015 01:00 Hərb Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Ankarada 22-29 mart tarixlərində keçirilən təlimləri başa çatıb. APA-nın Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təlimlərdə Türkiyədən bir xüsusi təyinatlı tağım (tim), iki helikopter və bir nəqliyyat təyyarəsi, Azərbaycandan isə bir xüsusi təyinatlı tağım iştirak edib. Təlimlərin məqsədi iki ölkə xüsusi təyinatlıları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı təcrübə mübadiləsi olub. Teqlər : #Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri başa çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Atəşi pozan erməni ordusu cavabını itki ilə aldı Təmas xəttində monitorinq keçiriləcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'