Azərbaycana daxil olan internet trafikin həcmi 3% artıb

Bu ilin mart ayında Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuat xidmətinin “Delta Telecom” internet-provayderin statistikasına əsasən verdiyi məlumata görə, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3% artaraq 155 Gbp/s-dən çox olub.
Bu, Azərbaycana bu il daxil olan internet trafikinin həcminin ən yüksək aylıq göstəricisidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 29% artıb.
Ölkənin çıxış trafikinin maksimal həcmi isə son bir ay ərzində 12,5% artaraq 40 Gbp/s səviyyəsində olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 50% artıb.

Google+ WhatsApp ok.ru