Azərbaycan həbsxanasında daha bir dəhşət: Məhkum özünü doğradı

Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd olub.
 
AzNews.az xəbər verir ki, məhkumlardan biri həbsxana rəhbərliyinə etiraz əlaməti olaraq, damarlarını kəsib. Zərərçəkmişin yaxınlarının dediyinə görə, o, həbsxana rəhbərinin onu “kars”a salmasına etiraz edib: ”Hazırda onun vəziyyəti ağırdır. Qorxularından xəstəxanaya da aparmayıblar. O da çoxlu qan itirib. Hazırda onun vəziyyəti kritikdir”.
 
Məsələ ilə bağlı Penitensiar Xidmət heç bir münasibət bildirməyib. Qurumun mətbuat xidmətindən deyilib ki, hadisə barədə yalnız sorğu vasitəsi ilə cavab verilə bilər. Lakin AzNews.az rəsmi sorğu göndərdikdən sonra, nə ona cavab verilib, nə də edilən saysız-hesabsız telefon zənglərinə./

Google+ WhatsApp ok.ru