Siyasi məhbusların işində yenilik

"Avropa məhkəməsində kommunikasiyalar başlayıb. Hökumətin cavablarını gözləyirik. Hökumət aprelin 1-nə qədər Rəsul Cəfərovun işi ilə bağlı cavab verməli idi. Amma biz hələ ki, heç bir cavab almamışıq. Aprelin ikinci yarısında da Leyla Yunusun işi ilə bağlı cavab verilməldir”. Bunları Deyerler.org-a Rəsul Cəfərov və Leyla Yunusun işi ilə bağlı açıqlama verərkən vəkil Xalid Bağırov dedi. 
 
O qeyd edib ki, son günlər Avropa Məhkəməsindən göndərilən məktubların alınmasında problemlər yaşanır: “ Ümumiyyətlə son zamanlar poçtla bağlı kifayət qədər problemlər yaşayırıq. Belə ki, fevralın 5-də göndərilən məktubla, martın 5-də göndərilən məktubu eyni gündə almışıq. Avropa Məhkəməsi bizə gündərdiyi vaxtdan xeyli sonra məktubları alırıq. Bu məsafə o qədər çox olur ki, məktub bizə çatdığı vaxtda biz artıq cavabı yollamalıyıq. Bu məsələnin nə qədər qəsdən törədildiyini demək çətindir. Amma bizə göndərilən məktubların çatdırılmasında mütəmadi problemlər müşahidə olunur. Digər tərəfdən 1 ay öncə çıxan məktubla bir ay sonra çıxan məktub eyni vaxtda çatırsa, şübhələnməyə bilmirsən. 
 
Artıq Avropa məhkəməsinə yazmışıq ki, məktubun çatdırılmasında alternativ vasitələr fikirləşsinlər”. /
 

Google+ WhatsApp ok.ru