Azərbaycanlı jurnalistlər İranın Gülüstan vilayəti valisinin müavini ilə görüşüblər

İranın Gülüstan vilayətinin valisinin müavini Məhəmməd İbrahimi bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşüb. APA-nın səfərdə iştirak edən əməkdaşının məlumatına görə, vali müavini Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib.
 
M. İbrahiminin sözlərinə görə, vilayət Qazaxıstan və Türkmənistanla ticarət əlaqələri var: "Biz böyük ölkənin kiçik vilayətiyik. Bizim neft-kimya, tekstil, qida, məişət sahələrində əməkdaşlıq üçün imkanlarımız var".
 
Görüşdən sonra azərbaycanlı jurnalistlər vilayətin müxtəlif zavod və fabrikləri, turistik məkanları və "İnci Burun" azad ticarət zonasını ziyarət ediblər.

Google+ WhatsApp ok.ru