Azərbaycan və Türkiyə ordusunun hərbi təlimləri başlayır

Azərbaycan və Türkiyə ordusu bu gündən hərbi təlimlərə başlayır.
 
Ölkə.az-ın Türkiyə Genelkurmay başkanlığının (Baş Qərargahın) rəsmi saytına istinadən verdiyi məlumata görə, hərbi təlimlər mayın 11 – 15-də Naxçıvanda və Bakıda baş tutacaq.
 
Məlumatda bildirilir ki, hərbi təlimlərin məqsədi Türkiyə və Azərbaycan Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanın inkişafı, qarşılıqlı məlumat və təcrübə mübadiləsi həyata keçirərək və birgə hərbi fəaliyyəti inkişaf etdirməkdir.
 
Türkiyə Silahlı Qüvvələri (TSK) hərbi təlimlərin Bakıda keçirilən bölümündə bir piyada diviziyası, Naxçıvanda keçirilən bölümündə isə bir mexaniki piyada briqadası ilə iştirak edəcək./

Google+ WhatsApp ok.ru