Azərbaycan və İran müştərək teleradio komitəsinin yaradılması məsələsini müzakirə edir

İranın  Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri mayın 12-də Bakıya səfər edib.
Maide.az İranın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir ki,  səfər ərəfəsində iki ölkə arasında media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı müzakirə ediləcək.
 
Məlumata görə, səfər çərçivəsində tərəflər arasında daha öncə imzalanan sənədlər və əldə edilən razılaşmalar haqqında da müzakirələr aparılacaq. Bu anlaşmalardan biri Azərbaycan və İran arasında müştərək teleradio komitəsinin yaradılmasıdır ki, daha öncə tərəflər arasında buna dair əməkdaşlıq sənədi imzalanıb.
 
M.Əxgərinin Bakıya səfəri zamanı həmin komitənin fəaliyyətə başlaması məsələsi də muzakirə olunacaq.
 
İki ölkə arasında imzalanmış sənədə əsasən, müştərək teleradio komitəsinin yaradılması üçün işçi qrupu fəaliyyət göstərəcək. İşçi qrupu müştərək teleradio komitəsinin yaradılması və onun işə başlamasına dair sazişi hazırlayacaq, daha sonra saziş ölkə rəsmiləri tərəfindən imzalanacaq./

Google+ WhatsApp ok.ru