Azərbaycanda boşanmaların dəhşətli statistikası: 3 aya 3 min boşanma

2015-ci il aprel ayının 1-i vəziyyətinə rəsmi orqanlar tərəfindən 17 min nikah və 3 min boşanma halları qeydə alınıb.
 
Maide.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,3, boşanmaların sayı isə 1,3 olub.
 
Qeyd edək ki, cari ilin yanvar-mart ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 545 nəfər gələn və 181 nəfər ölkədən gedən qeydə alınıb.

Google+ WhatsApp ok.ru