Milli Məclisdə `Reklam haqqında` qanun qəbul edilib

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Reklam haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, layihə barədə deputat Vahid Əhmədov məlumat verib. O qeyd edib ki, əvvəlki oxunuşdan verilən təkliflər İşçi Qrupunda müzakirə edilərək dəyərləndirilib: “Xüsusilə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı İqtisadiyyat və Sənaye, Mədəniyyət və Turizm, Səhiyyə, İdman və Gənclər nazirliklərindən daxil olan təkliflər geniş müzakirə olunub və qanun layihəsinin üçüncü oxunuşunda dəyişikliklər edilib. Qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır”.
 
Layihə səsə qoyularaq qəbul olunub.

Google+ WhatsApp ok.ru