Azərbaycan-Rusiya ticarət əməkdaşlığının qaranlıq tərəfləri

Rusiya prezidenti Vladimir Putin iyunun 12-13-də Azərbaycana səfəri zamanı bildirib ki, 2014-cü ilin yekunlarına görə, iki ölkə arasında əmtəə dövriyyəsi 12% artıb, 2015-ci ilin birinci rübünün nəticələrinə görə 5% artıb.
 
V.Putin bu göstəriciləri pul vahidində ifadə etməyib. Lakin Turan agentliyi bu məlumatları  dəqiqləşdirərkən Rusiya və Azərbaycan tərəflərinin göstəriciləri arasında ciddi uyğunsuzluq aşkar edib.
 
Feredal Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə ikitərəfli əmtəə dövriyysi
 
$4 mlrd. təşkil edib, 2013-cü illə müqayisədə 12 faizlik artım olub. 2015-ci ilin birinci rübündə ikitərəfli ticarət $707 mln. (artım 5,8 %) təşkil edib.
 
  Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Rusiya ilə əmtəə dövriyyəsi $1,96 mırd. təşkil edib ki, bunun da $1,3 mlrd.-ı Rusiyadan Azərbaycana idxalın payına düşüb, Rusiyaya $640,3 mln.  həcmində ixracın payına deyil.
 
  2015-ci ilin birinci rübünün yekunlarına görə, əmtəə dövriyyəsi $396,06 mln. təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 5% azdır.
 
  2015-ci ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana ixrac $334,9 mln. təşkil edib.
 
Təhlillər göstərir ki, ya Rusiya gömrüyü 2014-cü il üçün əmtəə dövriyyəsini şişirdir, ya da Azərbaycan tərəfi $2,7 mlrd. azaldır. Bu uyğunsuzluq  birinci il üçün $311 mln. təşkil edib.
 
Rusiya tərəfin məlumatlarına görə, bu ilin 1-ci rübündə Azərbaycana $634,1 mln. həcmində mal ixrac edilib, Azərbaycan statistikasına görə, Rusiya ixracı   $334,9 mln. təşkil edib. Uyğunsuzluq arasındakı fərq $299,2  mln. təşkil edir.
 
Rusiya statistikasının məlumatlarının yalan olması ağlabatan deyil. Belə ki, bundan öncə də Turan-ın, eləcə də bəzi QHT və KİV-in araşdırmaları göstərib ki, Azərbaycan gömrüyü bütün ölkələrlə, o cümlədən Türkiyə, İran, Belarus və digərlərilə real əmtəə dövriyyəsini gizlədir.
 
Lakin hökumət və hüquq-mühafizə orqanları iqtisadiyyatda milyardlarla zərərə aparan bu miqyaslı cinayət faktlara heç cür reaksiya vermirlər. contact.az /

Google+ WhatsApp ok.ru