Azərbaycanın müxtəlif rayonlarında iftar çadırları quruldu

Hər il olduğu kimi bu il də Azərbaycanın paytaxt və müxtəlif rayonlarında iftar çadırları qurulur.
 
Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq Bakı kəndlərində belə çadırlar qurulub və iftar süfrələri açılır.
 
Qeyd edək ki,  Masallı, Lənkəran, Cəlilabad, Gəncə Şəki, Qəbələ və digər rayonlarında da iftar çadırları açılacaq. Bu rayonlardakı iftar çadırları da əhalinin maliyyə dəstəyilə təşkil olunur. İftar çadırları Ramazan ayının sonuna qədər əhali üçün açıq olacaq.
 
Adətən iftar çadırları məscidlərin həyətlərində təşkil olunur. Əhalinin maddi dəstəyi və məscidlərin daxili imkanları hesabına təşkil olunan bu çadırlarda Ramazan ayı boyunca iftar verilir. Təşkil olunan iftar çadırlarında 250–500 nəfər iftar edə bilər./

Google+ WhatsApp ok.ru