Surqut-Lənkəran marşrutu üzrə uçuşlar bərpa edilir

Rusiyanın "YUTeyr" aviaşirkəti Surqut-Lənkəran istiqaməti üzrə uçuşları bərpa edir.
 
Bu barədə Trend "YUTeyr"ə istinadən məlumat verir.
 
Reyslər "Boeing 737-500" təyyarələrində Surqutdan saat 15:10-da, Lənkərandan isə saat 20:40-da (hər bir aeroport üçün yerli vaxt göstərilib) həyata keçiriləcək.
 
Uçuş müddəti 4 saat 30 dəqiqə davam edəcək./
 

Google+ WhatsApp ok.ru