Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 73 dəfə pozub 30 İyun 2015 01:00 Hərb Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 73 dəfə pozub. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Nazirlikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Sarıcalı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 73 dəfə pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeni poliqon yaradılıb Azərbaycan MN: Erməni silahlı bölmələri minaatan və qumbaraatanlardan da istifadə etməklə atəşkəsi 71 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'