Azərbaycanlıların bazarında iğtişaş təhlükəsi...

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sverdlovsk vilayəti üzrə regional idarəsi Yekaterinburq şəhərindəki qalmaqallı 4 nömrəli meyvə-tərəvəz bazasında etnik zəmində iğtişaşların hazırlandığına dair məlumat alıb.
 
Maide.az-ın məlumatına görə, "virtualaz" Rusiya regional KİV-lərinə istinadən xəbər verir ki, iğtişaşların təşkilatçısı kimi kriminal element, 30-dan çox qətl həyata keçirmiş killerlər bandasının keçmiş döyüşçüsü İqor Sıçev göstərilir.
 
FTX-nin regional idarəsinə iğtişaş barədə xəbərdarlığı bazanın məsul şəxsi Tanya Rusina göndərib.
 
Onun göndərdiyi məktubda deyilir ki, kriminal elementlər azərbaycanlıların, taciklərin, çeçenlərin və digər etnik diasporların nümayəndələrinin iştirakı ilə iğtişaş törədib bazarı dağıtmağa hazırlaşır. Məqsəd icarəçiləri bazarı tərk etməyə və qonşuluqda yerləşən, Sıçevin nəzarətində olan “Məhsul” bazarına köçməyə məcbur etməkdir.
 
Ərizədə göstərilir ki, iğtişaşlar bu həftə başlayacaq. T.Rusinanın yazdığına görə, situasiya artıq Rusiya prezidenti Vladimir Putinin millətlər işi üzrə xüsusi nümayəndəsi Söyün Sadıqovun -keçmiş QRU əməkdaşının diqqətini cəlb edib.  O, iyulun əvvəllərində Yekaterinburqa ezam edilib və etnik-dini qarşıdurmanın qarşısının alınması üçün iş aparır.
 
Əsasən azərbaycanlıların nəzarətində olan 4 nömrəli meyvə-tərəvəz bazasında bundan əvvəl da iğtişaşlar olub.

Google+ WhatsApp ok.ru