Azərbaycanda 418 nəfər qidadan zəhərlənib

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 2015-ci ilin ilk 6 ayı ərzində qeydə alınan qida zəhərlənmələrinin sayını açıqlayıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Qədirli Modern.az saytına bildirib ki, 2015-ci ilin ilk 6 ayı ərzində respublika ərazisində 331 qida zəhərlənməsi hadisələri qeydə alınıb:
“2014-cü ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5 faiz azalma müşahidə edilib”.
Onun sözlərinə görə, qida zəhərlənmələri hadisələrində 2015-ci ilin 6 ayı ərzində 418 nəfər, keçən ilin müvafiq dövründə isə 577 nəfər zərəçəkən qeydə alınıb və 27,7 faiz azalma müşahidə olunub.
2015-ci ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar olub, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub”. /

Google+ WhatsApp ok.ru