Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri atəşkəsi yüz dəfədən çox pozub 25 İyul 2015 01:00 Hərb Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 102 dəfə pozub. Maide.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Şuraabad, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Mərzili, Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri atəşkəsi yüz dəfədən çox pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan müdafiə nazirinin müavini: “Bizi narahat edən məsələ Rusiyanın Azərbaycana hücum silahları satmasıdır” Azərbaycan Müdafiə Nazirliyi Gədəbəy cəbhəsində baş verən toqquşma haqqında məlumat yayıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'