Azərbaycan Ordusunun mövqeləri minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub 27 Avqust 2015 01:00 Hərb Erməni silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edir. Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Çaylı, Ağdam rayonunun Novruzlu, Çıraqlı, Yusifcanlı, Şuraabad, Mərzili, Şirvanlı, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Azərbaycan Ordusunun mövqeləri minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri sutka ərzində atəşkəsi 176 dəfə pozub Azərbaycan bu hərbi helikopterlərə maraq göstərir - FOTO
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'