Azərbaycanda insan haqları BMT-də müzakirə olunacaq

Bu gün Cenevrəde BMT ofisində Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müzakirələr aparılacaq. Tədbir bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatı tərəfindən keçirilir.
 
Tədbir iştirakçıları 2013-cü il prezident seçkilərindən, məhz İlham Əliyevin üçüncü müddətə prezident seçilməsindən  sonra Azərbaycanda yaranan vəziyyəti, ölkədə vətəndaş cəmiyyətinə qarşı repressiya dalğasının pik həddinə çatmasını müzakirə  edəcəklər. Tədbir təşkilatçılarının  məlumatlnda deyilir.
“Biz vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalara son qoymağa, bütün siyasi məhbusları azad etməyə çağırırıq”, – təşkilatçılar qeyd edirlər.
Müzakirələrdə Leyla  və Arif Yunusların  qızı Dinara Yunus, Emin Hüseynov (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri), Sergey Ostaf (Moldova İnsan Hüquqları Resurs Mərkəzi) iştirak edəcəklər.
Tədbirin moderatoru  İnsan Hüquqları Evi Fondunun (HRHF)  təmsilçisi Florian İrmingerdir contact.az/
 

Google+ WhatsApp ok.ru