Bölgələrə gedişhaqqının qiymətləri artırılıb

Bakı Avtovağzalından rayonlara sərnişin daşıyan fərdi minik vasitələrinin sürücüləri bölgələrə gediş haqlarını artırıblar.
Lənkəran, Göyçay, Ucar, Qazax, Şamaxı habelə digər şəhər və rayonlara gediş haqları 2 manat artıb. Xaçmaz, Quba, Qusar və digər rayonlara isə gediş haqları 1 manat bahalaşıb.
Fərdi avtomobillərin sürücüləri dünəndən etibarən Göyçaya, Ucara gedən sərnişinlərdən 12 manat (əvvəlki qiymət 10 manat idi) tələb ediblər.
Gediş haqlarının bahalaşması Sumqayıt-Bakı istiqamətində hərəkət edən fərdi minik vasitələrində də müşahidə edilib. Belə ki, Sumqayıtdan Bakıya sərnişin daşıyan taksi sürücüləri də gediş haqlarını 2 dəfə artırıblar. Sərnişinlər  dünən və bu gün Sumqayıtdan Bakıya gəlmək üçün  2 manat (sentyabrın 15-ə qədər gediş haqqı 1 manat idi) gediş haqqı ödəməli olublar. Fərdi minik avtomobilləri sürücülərinin gediş haqlarını artırmaları dünəndən etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7-dən gecə saat 00:00-a qədər paytaxta girişinə qadağa qoyulması ilə əlaqələndirilir. publika  /

Google+ WhatsApp ok.ru