Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşəcəklər

Azərbaycan və Ermənistan XİN rəhbərləri sentyabrın 24-25-də BMT Baş Assambleyası ATƏT-in Minsk Qrupunun iştirakı ilə danışıqlar aparacaqlar. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Sinirlioğlu ilə birgə brifinqdə bildiriblər.
 
Məmmədyarovun sözlərinə görə, əvvəlcə o, Minsk Qrupunun həmsədrləri ilə, daha sonra Nalbandyanla görüşəcək, bundan sonra ümumi görüş keçiriləcək.
 
Daha sonra Məmmədyarov Rusiyanın rolunun güclənməsi haqqında maraqlı bəyanat verib. “Son vaxtlar danışıqlarda Rusiya tərəfi öz diplomatiyasını gücləndirib, amma nəticə əldə etmək üçün bu səyləri fəallaşdırmaq lazımdır”, deyən Məmmədyarov “nikbin ümidlər” olduğunu qeyd edib. contakt /
 

Google+ WhatsApp ok.ru