PKK terrorçuları məscidi silah anbarı kimi istifadə ediblər

Türkiyənin Diyarbəkir şəhərinin Silvan qəsəbəsində PKK terrorçuları bir məscidi silahların saxlanıldığı anbar kimi istifadə ediblər.
Maide.az dunyabulleteni.net-ə istinadən xəbər verir ki, məsciddə aparılan axtarışlardan sonra çoxlu sayda bomba, partlayıcı qurğuların hazırlanmasında istifadə edilən ammonium nitrat, mərmilər, PKK-ya məxsus sənədlər və digər əşyalar tapılıb.
Məlumata görə, terrorçular silahların üzə çıxmaması üçün onların üstünə namaz qılmaq üçün istifadə edilən səccadələri örtüblər.
Qeyd edək ki, son 1 ay ərzində PKK terrorçuları Türkiyənin müxtəlif bölgələrində terror aktları həyata keçirirlər. Hazırda Türkiyə ordusu terrorçulara qarşı geniş əməliyyatları davam etdirir. /

Google+ WhatsApp ok.ru