Azərbaycanda daha bir ana ölümü

Cəlilabadda ana doğuş zamanı dünyasını dəyişib. Rayonun Alar kənd sakini, 1995-ciil təvəllüdlü Xoşbəxt Fikrət qızı Həsənova axşam saatlarında Cəlilabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. 
Doğuş zamanı körpə qeysəriyyə üsulu ilə ana bətnindən götürülüb və sonra gənc ana dünyasını dəyişib. İlkin məlumata görə, ananın böyrəklərində problem olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru