Azərbaycan göyərtisi uğrunda kriminal müharibə

Moskvada hüquq-mühafizə orqanı əməkdaşları "Bolşaya Filevskaya"da restorana sxodkaya gəlmiş doqquz kriminal avtoriteti saxlayıblar, lifenews.ru məlumat yayıb.
 
Görüşdə "qanuni oğrular" yezidi və gürcü qruplaşmaları arasındakı münaqişəni həll etməyə hazırlaşırdılar, münaqişə onlara qəyyumluq edən komersantlar arasındakı borc üzündən yaranıb.
 
Hüquq-mühafizə orqanı əməkdaşları Matsik ləqəbli Qvaramiya Mahare və Turçik kimi tanınan Nurqaz Torçinava kimi avtoritetləri saxlayıb. Polisin əlinə həmçinin Roman Musus Lomtadze, Şalva Roko Xuçua və Vitalik Maxaçkalinski kimi tanınan Vitali İzgilov da düşüb.
 
Yezidlər və gürcülər arasında münaqişə Ded Xasanın adamlarına tabe olan və onun ölümündən sonra yezidlərin klanının başsız qalmasından sonra başlayıb. Daxili münasibət aydınlaşdırmalar nə vaxtsa qüdrətli olan klanı daxildən zəiflədərək başqa qruplaşmalar ilə münaqişələrə sövq edib.    
 
Operativ məlumata əsasən, gürcülər və yezidilər paytaxtda ərzaq bazarlarına, əsasən də Azərbaycandan göyərti gətirilməsinə nəzarət edir, oyun evlərinə qəyyumluq edir, eləcə də gömrük müsadirəsinin həyata keçirilməsinə nəzarət edirlər.(oxu.az)

Google+ WhatsApp ok.ru