Bakı metrosunda oturacaq qadağası? - Sərnişinlərdən etiraz

Bakı metrosundakı platformada oturacaqlar söküldüyü üçün sərnişinlər etiraz edir.
 
Ölkə.Az xəbər verir ki, Metronun "Cəfər Cabbarlı" stansiyasındakı platformadakı oturacaqlar heç bir səbəb açıqlanmadan sökülüb. Bu da sərnişinlər arasında narazılığa səbəb olub. Belə ki, "Cəfər Cabbarlı" stansiyasından "Xətai" stansiyasına hərəkət edən qatarın intervalı uzundur. Bu zaman kəsiyində sərnişinlər qatarı gözləyərkən yorulmamaq üçün həmin oturacaqlarda otururdular. Oturacaqların sökülməsinə isə əsasən yaşlılar və axşam saatlarında işdən yorğun çıxan şəxslər etiraz edir.
 
Bu fotolarda da göründüyü kimi həmin oturacaqlar sökülüb.
 
Məsələni diqqətdə saxlayıb, Bakı Metropoliteninin də mövqeyini öyrənməyə çalışacağıq./
 
Bakı metrosunda oturacaq qadağası? - Sərnişinlərdən etiraz
Bakı metrosunda oturacaq qadağası? - Sərnişinlərdən etiraz

Google+ WhatsApp ok.ru