Azərbaycanda fəhlələr aksiya keçirdi - Rəhbərə etiraz 28 Oktyabr 2015 02:00 Ölkə “Şahdəniz-2” layihəsinin GREENFİELD bölməsində çalışan yerli fəhlələr onlara qarşı yol verilən ayrı-seçkiliyə öz etirazlarını bildiriblər. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. M.Qəhrəmanlının sözlərinə görə, məsələyə AZFEN-TEKFEN Alyansının rəhbərliyi müdaxilə edib. Onlar dünənki aksiyaya müdaxilə edərək fəhlələri sakitləşdirib. Dünən isə SOCAR nümayəndələri fəhlələrin iş yerində olub və şirkət rəhbərliyi ilə görüşüb. Verilən məlumata görə, fəhlələr dünən işə buraxılmayıb. Araşdırılma aparıldığı üçün onlar bu gün də işə buraxılmayacaq. “Fəhlələrin etirazına isə Cem adlı (soyadını dəqiqləşdirə bilmədik) bir türk menecerin TEKFEN şirkətinə rəhbər təyin olunandan sonra yerli işçilərə qarşı kobudluq və ayrı-seçkiliyə yol verməsi səbəb olub” - deyə M.Qəhrəmanlı bildirib. TEKFEN-AZFEN Alyansı “Şahdəniz-2” layihəsinin bir hissəsini yerinə yetirir. Virtualaz / / Teqlər : #Azərbaycanda fəhlələr aksiya keçirdi Rəhbərə etiraz, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı metrosunda dəhşətli qəzadan 20 il keçir Gəncə inanclıları media orqanlarına və Dini Komitəyə müraciət etdilər