Azərbaycanda parlament seçkiləri keçrilir

Bu gün Azərbaycanda V çağırış Milli Məclisə seçkilərdə səsvermə keçrilir.
 
Maide.az-in məlumatına görə, artıq saat 07:50-də məntəqələr seçki komissiyalarının sədrləri tərəfindən açıq elan edilib və seçki qutuları möhürlənib.
 
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.
 
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir.  Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. /

Google+ WhatsApp ok.ru