Cəlilabadın bərbad yolları-Foto

Bura ölkənin hansısa bir ucqar kəndinin yolları deyil. Cəlilabad rayonunun mərkəzi, Mehdi Hüseyn küçəsidir. Fotoları göndərən rayon sakini bildirir ki, indi Cəlilabadın bütün yolları bu gündədir. Həm də o yolları ki, rayon icra başçısının da yolu o yaxın istiqamətlərdən keçir. Əhali arasında yolların bərpası üçün böyük pullar ayrıldığını hamı bilsə də, ortada nəticə yoxdur. Məktubda o da qeyd olunur ki, fotoşəkilləri görünən bu yolda 1100 şagirdin təhsil aldığı məktəb, Azərbaycan Müəllimlər Universiteti, Cəlilabad Mərkəzi Xəstəxanası, 30-a yaxın yaşayış binası, 300-dən çox məhəllə evləri və başqa obyektlər yerləşir. Məsələni şərh vermədən sizin mühakimənizə buraxarıq. Onsuz da, fotolar hər şeyi deyir. azadliq /

 

 

Google+ WhatsApp ok.ru