Azərbaycanın cənub bölgəsini yenidən intensiv yağış gözləyir

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin çiskinli olacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında noyabrın 8-də bəzi yerlərdə yağış yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru