Azərbaycanlı gənclər daha bir qocaya yardım etdi - VİDEO

Avtomobildə yaşayan Azər Hacıyevi Maştağadakı 7 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirən gənclər, bu gün yenidən onu və digər qocaları ziyarət ediblər.
Maide.az "Bizim Yol"a istinadən xəbər verir ki, gənclər xəstəxanaya meyvə, paltar və yemək aparıb, bundan əlavə bəzi qocalara maddi yardım da göstəriblər. Bunları öz hesablarına edən gənclər, daha sonra şəhərin mərkəzində 3 aydan çoxdur küçədə soyuqlu havada dayanan qocanın problemləri ilə maraqlanıblar. Adının çəkilməsini və görüntülərinin yayılmasını istəməyən qoca, bildirib ki, qızının yoldaşı vəfat edib. 2 nəvəsi olan 77 yaşlı qoca, gündə bir neçə saat şəhərdə olduğunu və onu tanıyan bəzi şəxslərin hər gün ona maddi yardım göstərdiyini deyib. 77 yaşlı qoca, nəvələrinə işlədiyini deyərək evdən çıxdığını, amma heç bir işi olmadığı üçün gününün təxminən  4-5 saatını şəhərdə keçirdiyini, iş axtardığını deyir. Kirayədə yaşayan ailə başçısı deyir ki, əlini açıb heç vaxt dilənməyib. O, bəzi şəxslərin bir neçə gündən bir ona maddi yardım etdiyini deyib. Qocanın dərdini dinləyən gənclər, sonda ona iş tapmaq üçün çalışacaqlarını bildirib və maddi yardım ediblər. 
 
Maştağada yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasından olan görüntüləri təqdim edirik: 

Google+ WhatsApp ok.ru