Sürücülər üçün vacib xəbər - Mütləq baxın -VİDEO

Soyuq havada bir çox avtomobil 2-3 cəhddən sonra işə düşür. Mütəxəssislərdən  bunun səbəbini və həll yollarını  öyrənmişik.
 
Havalar soyuduqdan sonra, xüsusən də səhərlər avtomobilin ilk dəfə işə salınması çətin olur. Əksər sürücü bir neçə cəhddən sonra mühərriki işə sala bilir.
 
Avtomobilin gec işə düşməsinin başqa bir səbəbi isə yanacağın keyfiyyəti ilə bağlıdır. Bu halla qarşılaşmaq istəməyən sürücülər avtomobilin göstəricilərinə uyğun oktanda yanacaqdan istifadə etməlidirlər. Əksər avtomobildə isə bu göstərici yanacaq qapağının üstündə yazılır. Bundan başqa, mühərrikin şamlarının da dəyişdirilməsi tövsiyə olunur.
 
Onu da nəzərə almaq lazımdır ki, avtomobilin gec işə düşməsi nasazlıqdan xəbər verir, həll edilmədikdə isə həmin nasazlıq sürücülərə daha böyük ziyan vura bilər. /
 

Google+ WhatsApp ok.ru