Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Noyabrın 17-18-də Azərbaycanın ayrı-ayrı yerlərində qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı və intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir güclənən cənub-qərb küləyinin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında noyabrın 17-də bəzi yerlərdə duman olacağı, yağış yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq. /

 

Google+ WhatsApp ok.ru