Azərbaycanda internetin bərpa olunacağı vaxt açıqlandı - YENİLƏNİB 3

Artıq 4 saatdır ki ölkədə internet yoxdur

Azərbaycanda yaxın 3 saat ərzində internet olmayacaq.

Bunu ANS PRESS-ə açıqlamasına, Rabitə və Yüksək texnologiyalar nazirliyinin mətbuat katibi Müşviq Əmirov deyib. Onun sözlərinə görə, internet provayderi "Delta Telecom"un bir neçə internet paylayıcı xətti yanıb. "Hazırda hadisə yerində bərpa işləri gedir və yaxın 2-3 saat ərzində ölkədə internət bərpa olunacaq", - deyə Müşviq Əmirov bildirib.

Son 4 saat ərzində ölkədə internetin olmaması qlobal şəbəkə ilə işləyən bir çox sahələrdə durğunluq yaradıb. Əsasən problem mobil operatorlar və internet provayderlərin işini çətiləşdirib, bank əməliyyatlarının bir qismi dəyandırılıb. Bir sır bankomatlar və post-terminallar işləmir.

***

 

Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov “Delta Telecom” şirkətinə gedib və ölkəni internetsiz qoyan qəzanın səbəblərini araşdırır.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat verilib.

Digər məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup da “Delta Telecom” şirkətinə gedib. Onlar da bu gün provayder şirkətinin xətlərində baş vermiş yanğının səbəblərini araşdırmaqla məşğuldur.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, yanğının səbəblərinə dair hələ konkret versiya yoxdur.

Rabitə Nazirliyindəki mənbələr isə artıq ilkin versiyanın olduğunu bildiriblər. Mənbənin sözlərinə görə, bu gün səhər nazirlikdə keçirilən iclasda sistemin gücünü artırmaq üçün mütəxəssislərin provayder şirkətinin avadanlıqlarının modernləşdirilməsinə başlayacağı qeyd olunub.

Məlumata görə, bu işlər bu gün axşama qədər yekunlaşmalı idi. Belə güman edilir ki, yanğın da xətlərin Yasamal rayonu ərazisindən ("20 yanvar" metrosu tərəfdə) keçən hissəsində iş görülərkən baş verib.

 

Rabitə Nazirliyindən o da əlavə olunub ki, internet verilişi yaxın bir neçə saat ərzində bərpa olunacaq.

***

 

Bu gün saat 16 radələrində Azərbaycanda İnternet rabitəsi əvvəlcə kəsilib, sonra isə məhdud bir şəkildə bərpa edilib.

 
Bu səbəbdən elektron media kateqoriyasına daxil olan yüzlərlə saytın onlayn qaydada işi iflic olub: yeni xəbərlərin sayta yerləşdirilməsi dayanıb, beynəlxalq media qurumlarından operativ xəbərlərin izlənməsi kəsilib. Bundan başqa, mobil operatorlar fəaliyyəti zəifləyib, ölkələraarası yazışmalar aparmaq mümkün olmayıb, yüz minlərlə insanın internet üzərindən qurduqları ünsiyyət məhdudlaşıb. 
 
Xəbər verilir ki, banklarda, hava limanında, iri şirkətlərin fəaliyyətində problemlər yaranıb, onlayn satışlar tamamilə dayanıb.

Əldə olunan məlumata görə, internetin kəsilməsinə səbəb Azərbaycana internet verən DELTA Telecom-un datacenter-ində baş verən yanğındır. Server otağında olan yanğına görə bu problem yaranıb. Bu barədə hadisə yerində olan yanğınsöndürənlər məlumat verib.

Qeyd olunur ki, yanan serverlərin təzələnməsi bir neçə gün çəkəcək. Ehtimal var ki, bir neçə gün Azərbaycan ərazisində internet zəif və çox zəif olacaq.

Hələlik heç bir rəsmi məlumat yaymayıblar. /

 

 

****
Bu gün təqribən saat 15:55-dən başlayaraq ölkə ərazisində İnternetin verilməsində fasilə yaranıb.
 
Deyerler.org-un məlumatına görə, paytaxt Bakı və ətraf rayonlardan verilən məlumata görə, İnternetin verilməsi 16:30-a qədər dayanıb. Artıq İnternet zəif də olsa verilməyə başlayıb. Provayderlər İnternetin verilməsində yaranmış fasilənin səbəbi barədə hələlik açıqlama verməsə də, belə bir problemin meydana gəldiyi bildirilib. /
 

Google+ WhatsApp ok.ru