Azərbaycan Milli Məclisində yeni komitələr yaradılıb - SİYAHI

Azərbaycan Milli Məclisində 4 yeni komitə yaradılması ilə bağlı qanun layihəsi var.
 
Parlamentdə Səhiyyə, Ailə, qadın, uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar komitələri yaradılır.
 
Həmçinin Təhlükəsizlik və müdafiə məsələləri komitəsi Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə, İqtisadi siyasət komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sosial siyasət komitəsi isə Əmək və sosial siyasət komitəsi adlandırılacaq.
 
Beləliklə, V çağırış Milli Məclisdə 16 komitənin fəaliyyət göstərməsi nəzərdə tutulur.
 
Komitələr və sədrləri aşağıdakı kimidir:
Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin,
Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin,
Ziyad Səmədzadə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin,
Valeh Ələsgərov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin,
Eldar İbrahimov Aqrar siyasət komitəsinin,
Hadi Rəcəbli Əmək və sosial siyasət komitəsinin,
Arif Rəhimzadə Regional məsələlər komitəsinin,
İsa Həbibbəyli Elm və təhsil komitəsinin,
Rafael Hüseynov Mədəniyyət komitəsinin,
Bahar Muradova İnsan hüquqları komitəsinin,
Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin,
Əhliman Əmiraslanov yeni yaradılan Səhiyyə komitəsinin,
Aqiyə Naxçıvanlı yeni yaradılan Ailə, qadın və uşaq məsələləri komitəsinin,
Siyavuş Novruzov yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsinin,
Fuad Muradov yeni yaradılan Gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər.

Google+ WhatsApp ok.ru