Bakıda məmurların `şlaqbaum oyunu`

Bakıda bəzi küçələrdə binaların qarşısında yeni şlaqbaumlar peyda olmağa başlayıb.
 
Maide.az "Trend"ə istinadən xəbər verir ki, şlaqbaumlara daha çox məmurların və iş adamlarının yaşadığı binaların ərazisində rast gəlinir:
 
«Bakıda «milyonerlər məhəlləsi» kimi tanınan Məmməd Araz (keçmiş Teymur Əliyev) və ona yaxın İbrahimpaşa Dadaşov küçələrində şlaqbaumlar quraşdırılıb. Burada yaşayan bəzi sakinlərin şlaqbaumları açmaq üçün pultu var. Pultu olmayanlar isə avtomobillə həyətə daxil olmaq üçün kimdənsə xahiş etməlidirlər. Sözügedən küçələrdə şlaqbaumların qoyulması bir yana, həmçinin «giriş qadağandır» yazılan plakatlar mövcuddur. Məmurların və ya imkanlı şəxslərin bu addımı atmaqda məqsədləri nədir? Bununla özlərini cəmiyyətdən təcrid etmək, yoxsa insanları siniflərə ayırmaq istəyirlər?».
 
Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, binaların qarşısına şlaqbaumlar qoyulması qanunla tənzimlənir: «Qanunla da sədlərin, şlaqbaumların özbaşına qoyulması yolverilməzdir. Buna görə məsuliyyət nəzərdə tutulub».

Google+ WhatsApp ok.ru