Azərbaycandakı mobil operatorlar 11 aya 800 mln. manat gəlir əldə edib

Bu ilin ötən 11 ayı ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 495,2 mln. manatlıq xidmət göstərib.
 
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 72,7%-i əhali sektoruna aid olub.
 
2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.
 
Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,4%-i və ya 798,6 mln. manatı mobil telefon rabitəsindən yaranıb./

Google+ WhatsApp ok.ru