Azərbaycanda hamilə qadın dəm qazından boğularaq ölüb

Lənkəran rayonunda 7 aylıq hamilə qadın dəm qazından boğularaq ölüb.Hadisə rayonun Şağlaküçə kəndində baş verib. Həmin kənd sakini 23 yaşlı  Talihə Yüləd qızı Tağıyeva hamamda çimərkən qazdan zəhərlənib. 
T.Tağıyeva Təcili və Təxirəsalınmaz Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. T.Tağıyevanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Fakt bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Google+ WhatsApp ok.ru