Azərbaycanda Uşaq Məlumat Bankı yaradılacaq

Azərbaycanda Uşaq Məlumat Bankının yaradılması nəzərdə tutulur.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov AZƏRTAC-a müsahibəsində deyib.
E.Səfərov bildirib ki, Məlumat Bankında uşaqlar haqda bütün məlumatlar toplanacaq. Həmin Bankda 38 bənd üzrə məlumatlar olacaq.
Uşaqların bilik səviyyəsi, yaşayış yeri, aliment və sosial müavinət alıb-almamağı, habelə digər məsələlərlə bağlı ətraflı məlumatlar da Məlumat Bankında toplanacaq.
Qeyd edib ki, Uşaq Məlumat Bankı üzərində 7 dövlət qurumu tərəfindən iş aparılır, Məlumat Bankın maketi, texniki komponentləri artıq hazırlanıb./
 

Google+ WhatsApp ok.ru