Azərbaycanda benzinin qiyməti niyə ucuzlaşmır?

Dünya bazarlarında xam neftin qiymətinin ucuzlaşması Azərbaycanın iqtisadi həyatına əksinə təsir edir. Qiymətlər bahalaşır. Neft ixracatçısı olan ölkəmizdə benzinin qiyməti nefti olmayan dövlətlərlə müqayisədə xeyli bahadır.
 
Başqa sözlə, azərbaycanlılar nefti olan və ya tamamilə olmayan ölkələrdən daha baha qiymətə benzin alırıq.
 
Neftlə zəngin olan və neft idxal edən ölkələrdəki qiymətlərə diqqət yetirək. Venesuela benzini vətəndaşlarına 0.02 dollar, Liviya 0.13, Əlcəzair 0.20, Küveyt 0.21, Səudiyyə Ərəbistanı 0.23, Qətər 0.26, Bəhreyn 0.26, Türkmənistan 0.27, Gürcüstan 0.73, Pakistan 0.74, Sudan 0.74, Azərbaycan 0.74 dollara satır.
 
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, benzinin baha olması vətəndaşların yox, SOCAR-ın maraqlarına uyğundur.
 
Ekspertin sözlərinə görə, SOCAR bunu benzinin dünya bazarında baha olmasıyla əlaqələndirir: “Hesab edirəm ki,  məsələ başqa cür qoyulmalıdır. Ölkədə hər şey dövlətin əlindədirsə, məsələ düzgün tənzimlənməlidir. Burada benzinin qiyməti yüksəkdir. Dövlət büdcəsini doldurmaq üçün belə baha qiymət diqtə etmək, cürbəcür yollara əl atmaq doğru addım deyil”. azadliq /
 

Google+ WhatsApp ok.ru