Azərbaycanda qadın nevrapotoloq intihara cəhd edib

Xaçmaz rayonunda qadın nevrapotoloq intihara cəhd edib. Rayon sakini, 41 yaşlı Mətanət Fikrət qızı İlyasova dirsək nahiyəsində damarlarını iti alətlə kəsib. Yaralı dərhal Xudat şəhər xəstəxanasına çatdırılıb. 
Xəstəxanadan "Report"a bildirilib ki, M.İlyasova dirsək nahiyəsindəki vena və aorta damarlarının kəsilmiş-deşilmiş yarası diqanozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Google+ WhatsApp ok.ru