Azərbaycanda dəhşətli avtobus qəzası - körpə ana bətnində öldü, yaralananlar var

Xaçmaz rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maide.az report-a istinadən bildirir ki, hadisə Gəndob-Yalama yolunun 28-ci km-də, rayonun Fərzəlioba kəndi ərazində qeydə alınıb.
 
Belə ki, Xudayevdiyev Allahverdi Tağı oğlunun idarə etdiyi, Xaçmaz-Xudat marşrutu üzrə işləyən sərnişin avtobusu yoldan çıxıb və ağaca çırpılıb. Hadisə nəticəsində sürücü ilə yanaşı 6 sərnişin xəsarət alıb. Xəsarət alanlardan biri - 27 yaşlı Xudat sakini Mahmudova Durnaxanım Balabəy qızı hamilə qadındır. Qəza nəticəsində onun körpəsi ana bətnində ölüb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sərxoş olması olub.
 
Hazırda faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində (BDYPİ) araşdırma aparılır.

Google+ WhatsApp ok.ru