Azərbaycan və Türkiyə hərbi hava qüvvələri birgə təlimlər keçirəcək

Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri martın 7-dən 25-ə kimi "TURAZ Şahini-2016 " adı altında hərbi təlimlərə başlayacaq.
 
Maide.az xəbər verir ki, bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən məlumat verir.
 
Məlumata əsasən, hərbi hava qüvvələrinin birgə təlimi Türkiyənin Konya vilayətində keçiriləcək.
 
Keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı - 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər. /
 

Google+ WhatsApp ok.ru