​Nardaranda 51 videomüşahidə kamerası quraşdırılıb

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində və ətrafında 15 nöqtədə 45 videomüşahidə kamerası quraşdırılıb.
 
"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
 
Qəsəbə ərazisində 3 nöqtədə nömrətanıma sistemi olmaqla, ümumilikdə 18 nöqtədə 51 videomüşahidə kamerası quraşdırılıb /

Google+ WhatsApp ok.ru