Azərbaycan və İran səhiyyə sahəsində əməkdaşlığın inkişafı yollarını müzakirə edib

Azərbaycan və İranın səhiyyə nazirləri müavinlərinin görüşündə iki ölkənin səhiyyə və müalicə sahəsində əməkdaşlığın artırılması zəruriliyi vurğulanıb. 
 
Maide.az xəbər verir ki, İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini, Ərzaq və Dərman Təşkilatının sədri  Rəsul Dinarvənd Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayevlə Bakıda görüşüb. 
 
Görüşdə  iki ölkənin səhiyyə və müalicə sahəsində əməkdaşlığın artırılması zəruriliyi vurğulanıb. Bu səfər Azərbaycan prezidentinin İrana səfəri və iki ölkə arasında səhiyyə əməkdaşlıqları sənədinin imzalanmasının ardınca baş tutur və iki ölkə səhiyyə nazirlərinin Tehran və Bakıya səfəri üçün lazımi hazırlıq işlərinin görülməsi məqsədi ilə baş tutur. 
 
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev də bu görüşdə Azərbaycanda dərman istehsalı layihəsinin icrası üçün İranla səhiyyə və müalicə sektorunda əməkdaşlığın artırılmasını və İranla səhiyyə  sahəsində əməkdaşlıqn genişləndirməyə hazır olduğunu bildirib./

Google+ WhatsApp ok.ru