Gəncə zavodlarında 1279 işçi yeri bağlanıb

2015-ci ildə Gəncə şəhərində sənaye müəssisələrində çalışan işçilərin sayı 1279 nəfər azalıb. Gəncə Şəhər İcra Hakimiyyətinin illik hesabatında deyilir ki, şəhərin sənaye sektorunda 4875 nəfər çalışır. Beləliklə, 330 minə yaxın əhalisi olan şəhərdə təkcə ötən il sənaye sahəsində  çalışanların sayı 20,8% azalıb.
 
Son on ildə Gəncənin sənaye müəssisələrində 6350 nəfər işdən çıxarılıb.
 
Sumqayıt işçilərinin vəziyyəti bir qədər “yaxşıdır”. Belə ki, 2005-2014-cü illərdə Sumqayıtda 1129 işçi yeri bağlanıb.
 
Müqayisə üçün qeyd edək ki, ümumilikdə 2005-2014-cü illərdə Bakının sənaye müəssisələrində 1527 iş yeri azalıb.
 
Hökumət 2004-2015-ci illərdə ölkədə 1,5 mln. iş yerinin açıldığını bəyan edir. 08B

Google+ WhatsApp ok.ru