Azərbaycan-Gürcüstan sərhədində yenə sıxlıq yaranıb

Azərbaycanın “Sınıq Körpü” gömrük keçid məntəqəsində çiddi problemlərin yarandığı bildirilir.
 
Bu barədə musavat.com-a oxucularımızdan biri məlumat verib.
 
Oxucunun verdiyi məlumata görə, hazırda “Sınıq Körpü” gömrük keçid məntəqəsindən heç kəsə keçməyə icazə verilmir. Ona görə də, gömrük keçid məntəqəsində uzun növbə yaranıb.
 
Belə ki, “Sınıq Körpü” gömrük keçid məntəqəsində təxminən 300 nəfərə yaxın şəxs keçid üçün icazənin verilməsini gözləyir./
 

Google+ WhatsApp ok.ru