Yağış Bakıda avtomobillərin hərəkətində problem yaradıb

Dünən paytaxt Bakıda yağmağa başlayan güclü yağış bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
 
“Report” xəbər verir ki, Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, dəmiryolu üzərində yerləşən yol ötürücüsündə (keçmiş Çermet körpüsü) körpüyə qalxan və oradan düşən istiqamətdə yağış suları toplanıb. Nəticədə həmin yerdən keçən sürücülər çətinliklə üzləşiblər.
 
Yağış suyunun hündürlüyü təxminən 30-40 sm olduğundan, minik maşınlarının bəzilərinin içərisinə su dolub. Hətta əks istiqamətdə hərəkət edən bir neçə maşın xarab olaraq suyun ortasında qalıb.Yağan intensiv yağışlar nəticəsində, yolda suyun səviyyəsi qalxaraq bəzi minik avtomobillərində insanlar köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə Post Patrul maşını gəlib.
 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, yağmurlu hava sabah da davam edəcək./
 

Google+ WhatsApp ok.ru