Azərbaycanda cəbhəyə könüllü getmək istəyənlərin sayı artıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciət daxil olur.
 
Xidmətdən Maide.az-a verilən məlumata görə, bu müraciətlər indiyə qədər də olurdu, son günlərdə daha da artıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yüksək vətənpərvərlik hissləri nümayiş etdirən vətəndaşlara minnətdarlığını bildirir və bir daha vurğulayır ki, onlar zərurət yarandığı halda ordu sıralarına çağrıla bilərlər.

Google+ WhatsApp ok.ru